“Benzin aksiyası”nda İranda 900-dən çox bank şöbəsi yandırıldı

DÜNYA 24 noy 2019, 18:13

İranda benzinin qiymətinin artması ilə bağlı keçirilən etiraz aksiyalarında 900-dən çox bank şöbəsi və 3 mindən çox ATM dağıdılıb.

 

Məlumatı “Həmşəhri onlayn” yayıb.

 

Məlumata görə, İsfahanda 36, Xürrəmabadda 40 bank şöbəsi yandırılıb. Ən çox dağıntıya məruz qalan bank şöbələri paytaxt Tehrandadır. Məşhəd şəhərində isə heç bir bank şöbəsi və ATM dağıdılmayıb.

 

İran Mərkəzi Bankının məlumatına görə, ölkədə ümumilikdə 21 min 319 bank şöbəsi fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top