Norveç səfiri Quranla bağlı qalmaqala görə Pakistan XİN-ə çağırıldı

DÜNYA 24 noy 2019, 09:00

Kristiansann şəhərində "Norveçin İslamlaşdırılmasını dayandıraq" təşkilatının üzvləri tərəfindən Quranın təhqir edilməsi hadisəsinə görə bu ölkənin İslamabaddakı səfiri Kell-Qennar Eriksen Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

 

"Pakistan xalqının və hökumətinin dərin narahatlığını ifadə etmək üçün Norveç səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb", - Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

"Vurğulanıb ki, belə hərəkətlər bütün dünyadakı 1,3 milyard müsəlmanın, həmçinin Pakistanda yaşayanların hislərinə toxunur. Bundan başqa, belə hərəkətlərə fikirlərin ifadəsi azadlığı hüququna bəraət qazandırmaq mümkün deyil", - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

 

Eriksen özü də hadisəni "Twitter"dəki səhifəsində şərh edib.

 

"Norveç hökuməti Kristiansanda sağ cərəyanın nümayişlərində Quranın yandırılmasını qətiyyətlə pisləyir. Polis təhlükəsizliyə görə nümayişi dayandırıb. Norveçdə hamı heç bir təzyiqsiz söz azadlığına və öz dininə etiqad etmək hüququna malikdir", - səfir yazıb.

 

Norveçdə mitinq bu həftə keçirilib. Pakistanın "News International" nəşri bildirib ki, polisin xəbərdarlıqlarına baxmayaraq hərəkatın lideri Lars Torsen Quranı yandırmağa çalışıb. Naməlum kişi Torsena mane olub, bu zaman dava başlayıb və dava iştirakçılarını polis bölməsinə gətiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top