Torpaq sürüşməsi 37 nəfərin həyatına son qoydu

DÜNYA 23 noy 2019, 23:38

Keniyanın şimal-qərbində torpaq sürüşməsi nəticəsində azı 37 nəfər həlak olub.

 

Citizen telekanalının yaydığı məlumata görə, təbii fəlakət noyabrın 23-də aramsız leysan yağışlarından sonra Qərbi Pokot dairəsində baş verib. Xilasedicilər indiyə qədər torpağın altından 15 cəsəd çıxarıb, 22 cəsədin axtarışı isə davam edir.

 

Nazirlər kabinetinin katibi Fred Matianq hadisənin baş verdiyi əraziyə helikopterlərin göndərildiyini, lakin əlverişsiz hava şəraitinin axtarış-xilasetmə əməliyyatına mane olduğunu bildirib. (Azərtac)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top