Moskvanın və Bütün Rusiyanın patriarxı İlham Əliyevə təşəkkür etdi

SİYASƏT 23 noy 2019, 21:49

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

 

AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir: 

 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

 

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu! 

 

Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm. 

 

Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik. 

 

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb. 

 

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top