Azərbaycanın bu bölgəsində qarın hündürlüyü 22 sm-ə çatdı

MARAQLI 23 noy 2019, 10:50

Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.

 

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.

 

Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.

 

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb. (APA)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top