Prezidentin köməkçisinin müəllifi olduğu dərsliyin PDF formatı təqdim edilib

MARAQLI 22 noy 2019, 13:13

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənov şəxsi feysbuk səhifəsində müəllifi olduğu "Geosiyasət" adlı dərsliyin "PDF" formatını təqdim edib.


Demokrat.az xəbər verir ki, professor Əli Həsənov qeyd edib:


"Əziz oxucular!


Müəllifi olduğum "Geosiyasət" adlı dərsliyin "PDF" formatını diqqətinizə təqdim edirəm. 


Kitabda orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi məsələlərə yeni baxışlar, milli-dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilib".


Kitabın elektron variantı ilə BURADAN tanış ola bilərsiniz:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top