Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi? - AÇIQLAMA

SOSİAL 22 noy 2019, 14:00

“Noyabrın 21-də Əziz Əliyev küçəsində böyük tıxaca səbəb olan 10 BL 007 dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobilin sahibi qanunla müəyyən edilmiş şəkildə 20 manat cərimə edilib”.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

 

M.Ağayev sürücünün kimiliyini açıqlamasa da, onun kişi olduğunu deyib:

 

“Nəqliyyat vasitəsinin sahibi elə axşam saatlarında avtomobilini duracaqdan götürüb. Cərimədən əlavə 20 manat da təxliyə pulu ödəyib”.

 

Qeyd edək ki, hadisə noyabrın 21-də axşam saat 17:00 radələrində baş verib. "Porsche Cayenne” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək, bu və digər küçədə hərəkəti tam iflic etmişdi. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamliə dayanmışdı. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top