Əziz Əzizov dəyişikliklərə başladı, şöbə müdirinin müavinini vəzifəsindən azad etdi

GÜNDƏM 22 noy 2019, 12:44

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Rəşid Məmmədov vəzifəsindən azad edilib.

 

Bu barədə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

 

Ə.Əzizovun bir neçə nəfəri də vəzifəsindən azad edəcəyi gözlənilir.

 

Qeyd: Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə bacısı oğlu Ağayev Murad Əsgər oğlu köməkçi təyin edib. O, Yasamal Rayon İcra Hakimiyyətində də Əziz Əzizovun köməkçisi olub

 

Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı təyin olunub. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top