Videozəngdə yenilik: Danışdığınız adamı hiss edəcəksiz

MARAQLI 22 noy 2019, 11:28

İnternetdən görüntülü danışdığımızı insana toxunmaq xəyal kimi görünə bilər. Ancaq yeni texnologiya ilə bu məsələ öz həllini tapacaq.

Araşdırmaçılar ekrana toxunanda qarşındakını hiss etdirəcək bir “ağıllı dəri hazırlayıblar.

 

ABŞ-ın İllinoys ştatında yerləşən Şimal-Qərb Universitetinin biomühəndisi Con Roqers  və komandası yeni, simsiz, batareyasız “ağıllı dəri” istehsal etməyi bacarıblar.

Bu texnologiya ilə insanlar fiziki toxunuşu virtual aləmdə də hiss edə biləcəklər.

 

Texnologiyanın işləmə mexanizmi belədir:  ağıllı dəri bədəndəki sensorlara duyğunu ötürürür, beləcə, gerçəkdən toxunmuş kimi hiss edirsiz.

Texnologiyanın digər bir əhəmiyyəti protez istifadəçiləri üçün olacaq. Onlar toxunduqları obyektləri nə qədər bərk tutduqlarını, istiliyini, soyuqluğunu hiss edə biləcəklər. (Unikal.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top