Mübariz Əhmədoğlu: “Paşinyan psixi baxımdan normal deyil”

SİYASƏT 22 noy 2019, 09:35

“Paşinyana zərrə qədər yalvarmaq olmaz. Bu, çox zərərlidir”.

 

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a açıqlamasında özünü bloqer kimi təqdim edən Ata Abdullayevin Ermənistanın Baş naziri Nikol Paşinyanla dialoquna münasibət bildirərkən deyib.

 

M.Əhmədoğlu qeyd edib ki, Paşinyan psixi baxımdan normal deyil: “Bir azərbaycanlının bu cür fikir işlətməsi, Paşinyanı bütün millətimizə qarşı qızışdırır. Paşinyan bu kimi situasiyalarda hesab edir ki, o, qalibdir və ona yalvarırlar. Bundan öncə Bəxtiyar Hacıyevin təmasına da baxdım. Orada da çox kobud səhvlər oldu. Paşinyan Azərbaycandan ermənilərin çıxması ilə Ermənistan SSRİ-dən azərbaycanlıların qovulması xronologiyasını tamamilə öz xeyrinə təqdim etdi. Bəxtiyar Hacıyev isə buna hansısa reaksiya verə bilmədi. Ermənistan SSRİ-dən sonuncu azərbaycanlı 1987-ci il dekabrın 24-də çıxıb. O zaman təxminən 40 min azərbaycanlı çıxdı. Onların böyük əksəriyyəti döyülmüşdülər. Azərbaycandan ermənilərin çıxması isə elə ermənilərin öz versiyalarına görə 1990-cı ilin 13 yanvar tarixində başlayıb. Paşinyanla üzbəüz gələn adamlar nə ona yalvarmalı, nə də ona imkan verməli deyildilər ki, o, Azərbaycanı bu qədər şərləsin. Əslində azərbaycanlının iştirakı ilə Paşinyanın belə bir ifadələr işlətməsi Azərbaycanın ziyanına ciddi hallara səbəb ola bilər. Düşünürəm ki, dövlət rəsmiləri bu iki azərbaycanlının buraxdıqları səhvi düzəltmək üçün lazımi tədbirləri görəcəklər və Paşinyan bundan istifadə edə bilməyəcək”. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top