Məktəblilər konfetdən zəhərləndi

DÜNYA 21 noy 2019, 22:23

Ukraynanın Rovno vilayətində məktəblərin birində 12 şagird konfetdən zəhərlənib.

 

Trend-in məlumatına, şagirdlər xəstəxanaya yerləşdirilib.

 

Onların vəziyyəti orta ağır olaraq dəyərləndirilib. İlkin müayinədən sonra onların həyatlarına təhlükə olmadığı məlum olub.

 

Qeyd olunub ki, həmin şagirdləri sinif yoldaşları ad günü münasibətilə konfetə qonaq edib.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top