Bu axşam Bakıda internet problemi olacaq

SOSİAL 21 noy 2019, 17:06

Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

 

Demokrat.az-ın məlumatına görə, şirkətdən "APA-Economics"ə verilən məlumatda bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.

 

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top