Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət etdi — FOTOLAR

SİYASƏT 21 noy 2019, 15:44

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

 

Demokrat.az  xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

 

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

 

Azərbaycanın dövlət himni səsləndirilib.

 

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top