DYP sürücülərə müraciət etdi

SOSİAL 21 noy 2019, 12:46

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

 

BDYPİ-dən Demokrat.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

 

Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün İdarə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.

 

Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.  

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.

 

Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

 

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edirik. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top