İsrail diplomatı Azərbaycanı tərk etdi

SİYASƏT 21 noy 2019, 11:14

Azərbaycanda diplomatik missiyası başa çatan İsrail səfiri Dan Stav ölkəni tərk edib.

 

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

 

“Bu gün biz səfir Dan Stav və onun həyat yoldaşı Gili ilə vidalaşırıq. Azərbaycanda olan müddətdə İsrail və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün etdiyiniz hər şeyə görə təşəkkür edirik!” - qeyd olunub.

 

Xatırladaq ki, İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik bu gün Bakıya gələcək. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top