Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
BNA hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”.