Hadi Rəcəbli: “YAP xalqın partiyasıdır”

GÜNDƏM 21 noy 2019, 10:19

“Noyabrın 21-i ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür”.

 

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 

H.Rəcəbli qeyd edib ki, YAP qələbələr,uğurlar partiyasıdır: “Partiya ümumilli liderin Azərbaycan xalqına mirasıdır. Bu gün bu miras İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. YAP xalqın partiyasıdır”. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top