Gürcüstanın Azərbaycana 7 milyon dollara qədər borcu var

SOSİAL 20 noy 2019, 22:38

Cari il noyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.

 

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.

 

Məlumatda deyilir ki, noyabrın 1-i tarixinə Gürcüstanın 5 419 812 milyon ABŞ dolları həcmində xarici dövlət borcu var. Bunun 5 212 904 milyon dolları hökumətin borcudur.

 

Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb. (AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top