Quranı yandıran İslam əleyhinə hərəkatın liderinə hücum oldu - VİDEO

HADİSƏ 20 noy 2019, 16:41

Norveçdə İslam əleyhinə hərəkatın liderinə hücum olub.

 

RT-nin məlumatına görə, hadisə “Norveçin İslamlaşmasını dayandırın” (SIAN) şüarı altında keçirilən mitinq zamanı baş verib.

 

Bildirilib ki, polislərin xəbərdarlığına baxmayaraq, SIAN rəhbəri Lars Torsen Quranı yandırıb. Nəticədə kənarda duran tamaşaçılardan bəziləri meydana atılıb və onu döyüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işə qarışmasından sonra Torsen və hücumçular saxlanılıb.

 

O da vurğulanıb ki, mitinq yerli hökumətlə razılaşdırılmış şəraitdə keçirilib. Ancaq hüquq-mühafizə orqanlarının aksiyaçılara müqəddəs kitabın təhqirinə yol verməmək barədə göstərişi olub. Bununla belə, nümayiş zamanı bir neçə Quran cırılıb, sonuncusu isə yandırılıb.

 

Norveçin müsəlman liderləri "nifrət zəminində cinayət" ittihamı ilə bağlı SIAN-a qarşı iddia qaldırmaq fikrindədirlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top