YAP-dan deputatlarla bağlı AÇIQLAMA

SİYASƏT 20 noy 2019, 10:39

“Birincisi, parlamentdə kimin deputat kürsüsündə oturacağını seçicilər müəyyənləşdirir və ona görə bu məsələdə nə proqnoz vermək, nə də iddia etmək düzgün deyil. Eyni zamanda, seçkilərdə seçim yaşlı ilə cavan arasında deyil, yaxşı ilə daha yaxşı arasında gedir. Odur ki, bu seçimdə kimin qalib gəldiyini demək çətindir. Həmçinin, hesab edirəm ki, yaş məsələsini qabartmaq düzgün deyil. İnsan əgər cəmiyyətə fayda verə bilirsə, cəmiyyətin ona etimadı varsa, ondan istifadə etmək olar”.

 

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

O, eyni zamanda, gəncləşmənin, gənc kadrlardan maksimum istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.

 

“Bu baxımdan, gənclərin irəli çəkilməsini alqışlayıram. Özünü doğruldan insanlara daha yüksək vəzifə verilməsini alqışlayıram. Məqsəd müstəqilliyimizi qoruyub saxlamaqdır. Sosial rifahın yüksəldilməsidir. İnsanların hüquq və azadlıqlarının qorunması məsələsidir. Bu məsələdə cəmiyyətimizin kifayət qədər potensialı var.

 

O ki qaldı gələn ilki seçkilərə, hesab edirəm ki, bu seçkilər həmişəki kimi gərgin və rəqabətli olacaq. Ona görə ki, layiqli insanlar 125 rəqəmindən yüz və min dəfələrlə çoxdur. Onların hər birinin parlamentdə təmsil olunma hüququ var.

 

O hüquq da ancaq seçki vasitəsilə, rəqabət vasitəsilə mümkünləşə bilər. Ona görə də indidən kimin 6-cı çağırış parlamentdə olub-olmayacağını demək çətindir. Qoy bu məsələdə son sözü seçici desin…” - A.Mirzəzadə sözlərinə əlavə edib. (Etikxeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top