Metroda dəhşətli sıxlıq – Sərnişinlərin çıxışında problem yarandı

HADİSƏ 19 noy 2019, 21:55

Koroğlu stansiyasında axşam saaatlarında sıxlıq olub. Platformada müşahidə edilən sıxlıq insanları narahat edib.  


Demokrat.az xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.  


O bildirib ki, mövcud sıxlıq axşam saat 7-8 radələrində müşahidə edilib:  


"Xüsusi sərnişin sıxlığı "Koroğlu” stansiyasının "Alov” parkına tərəf olan çıxışında olub. Stansiyadan çıxış qapıları açıq olub. Bu vəziyyət yalnız platformada və pilləkənlərdə 5 dəqiqə müddətində davam edib. 


Platfotmanının uzunluğu təxminən 100 metrdən bir qədər artıqdır və 1 dəqiqə ərzində platformanı tərk etmək mümkündür. Xüsusilə pik saatlarda sərnişinlər bu məqamı nəzərə alaraq metrodan istəfadə qaydalarına bir qədər riayət etsələr, bu kimi sıxlıqların qarşısı alınar”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top