Ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşdi - QƏRAR

İQTİSADİYYAT 19 noy 2019, 18:45

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib.

 

Bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, ödəniş kartının üzərində müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonları olmalıdır. İndiyə qədər ödəniş kartının üzərində sadəcə, emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonlarının olması tələbi  olub.

 

Emitent kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top