"Mən Elçini döyməmişəm" — Elçin Əlibəylinin həyat yoldaşı DANIŞDI

HADİSƏ 19 noy 2019, 17:16

Məşhur aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü haqda xəbər yayılıb. 

 
AZXEBER.COM məsələ ilə bağlı aparıcının həyat yoldaşı Dilrubə Vaqifzadəylə əlaqə saxlayıb. O deyilənləri təkzib edib:

 
"Son günlər Elçin haqda qarayaxma kampaniyası aparılır. Bu da daha bir qara piardır. Bir müddət əvvəl xəbər yayıldı ki, verilişdən uzaqlaşdırılıb. Hazırda Elçin verilişin çəkilişindədir. Bu kimi söz-söhbətlər ailəmizdə problemlər yaratmır. Çünki biz bir-birimizi tanıyırıq. Mən Elçini döyməmişəm." 

 
Elçin Əlibəyli özü də məsələylə bağlı açıqlama verib. Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar. Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər. 


Qeyd edək ki, oxu.az saytı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü haqda xəbər yayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top