“Elə adamlar var ki, vaxtilə mindən artıq məhkəmə qərarlarını pozub”

HADİSƏ 19 noy 2019, 16:27

“Bu gün həbsdən çıxıb müxalifətə qoşulan elə adamlar var ki, vaxtilə mindən artıq məhkəmə qərarlarını pozub, yerinə yetirməyib”.

 

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

 

Deputat qeyd edib ki, məhkəmələrin ixtisaslaşması zəruridir: “Dünyada uşaqlarla bağlı məhkəməyə tamamilə fərqli yanaşılır. Həmkarlarım da dedi, Təhsil Nazirliyindən başqa, bütün nazirliklərin istintaq idarəsi var, hətta bəzilərinin cinayət axtarış şöbəsi də var”. S.Novruzov məhbuslara fərdi yanaşılması barədə çıxış edib: “Biri cinayət törədir, kiminsə mülkiyyətinə ziyan vurur. O, həbsxanaya aparılır. Ayrı-ayrı dövlətlərdə belə şəxsləri harasa aparırlar, işləyir, vətəndaşa vurduğu ziyanı ödəyir. Penitensiar xidmət tikinti şirkəti, yaxud kənd təsərrüfatı sahəsi ilə müqavilə bağlaya bilər, onlar müəyyən sahələrdə çalışa bilərlər. Həmin məhbus da qazandığı vəsaitdən həm ailəsinə göndərsin, həm də ziyan vurduğu şəxsin zərərini ödəsin. Biz dünya təcrübəsindəki yenilikləri də nəzərə almalıyıq. Avropadakı prinsipləri də öz qanunvericiliyimizə tətbiq etməliyik ki, vətəndaşlarımız razı qalsın və ədalət zəfər çalsın”. (Azadinform.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top