Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”

GÜNDƏM 19 noy 2019, 15:48

Son bir neçə gündür ki, Ermənistan jurnalistlərinin Azərbaycana, həmçinin azərbaycanlı jurnalistlərin Ermənistana səfər etdikləri barədə məlumat yayılıb. Doğrudur, hələlik rəsmilər bu məlumatı təsdiqləməsə də, məsələ ətrafında müzakirələr səngimir. 

 

Mövzu ilə bağlı musavat.com-a danışan millət vəkili Aqil Abbas bu cür səfərlərin tərəfdarı olmadığını deyib:

 

“Doğrusu dəqiq məlumatım yoxdur, gəliblər, ya yox. Müharibə hələ bitməyib, jurnalistlər gəlib nə edəcək? Guya ki, gəlib yazacaqlar ki, Azərbaycan tolerant ölkədir, qonaqpərvərdir? Yaxud gedib dərd çəkəcəklər ki, “Qarabağı Azərbaycana geri qaytaraq?” Gəlib elə şeylər yazacaqlar ki, günahlarından betər olacaq. Necə ki, Lapşin gəlib-getdi, sonra daha pis münasibət bildirdi. Ona görə də bu, mənim fikrimdir, qələt edir gələn də, gedən də...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top