Oqtay Güləliyev “American Hastanesi”nə köçürülməyib - Ailəsindən AÇIQLAMA

HADİSƏ 19 noy 2019, 15:24

“Atamın vəziyyətində hər hansı dəyişiklik yoxdur”.

 

Demokrat.az xəbər verir ki, bunu Modern.az-a İstanbulun “Avrasiya” klinikasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Güləliyevin oğlu Təbriz Güləliyev bildirib.

 

T.Güləliyev atasının səhhətilə bağlı gözləmə mövqeyində olduqlarını bildirib:

 

“Səhhətində irəliləyiş yoxdur, eyni durumdadır, koma vəziyyətindədir. Həkimlər komadan nə vaxt ayılacağına dair hər hansı məlumat vermir”.

 

O.Güləliyevin “American Hastanesi”nə köçürülməsi məsələsinə gəlincə, T.Güləliyev bildirib ki, bu dəqiq məlumat deyil.

 

Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

 

Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.


Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstənin müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top