Arif Hacılı: “Müsavat Partiyası tərəfindən Azərbaycandan 13 min nəfərin Avropaya göndərilməsi iddiası ağ yalandır”

SİYASƏT 19 noy 2019, 14:40

"Yazırlar ki, 13 min nəfər Müsavat Partiyası tərəfindən Avropaya göndərilib. Bu, ağ yalandır. İndiyə qədər Müsavat Partiyası tərəfindən Avropaya bir nəfər də göndərilməyib".

 

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

O bildirib ki, Müsavat Partiyasının rəhbərliyinə qarşı uzun müddətdir ki, ittihamlar irəli sürülüb: "Bir neçə ildir ki, partiyaya qarşı mühacir mövzusunda kampaniya aparılır. Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi cərcivəsində məndən başqa İsa Qəmbər, Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli və s. dindirilib. “Yeni Müsavat” qəzeti bizə qarşı uzun müddətdir ki, bu kampaniyanı aparır”.

 

Müsavat başqanı bildirib ki, partiya mühacirətə getmək istəyən üzvlərini bu addımı atmamağa çağırıb: “Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik. Bunu da rəsmi sorğulara cavab verərkən qeyd etmişik. Həmin şəxslərin vəkilləri və nümayəndələri rəsmi qaydada bizə müraciət edəndə biz araşdırıb, onların sorğularına cavab vermişik". (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top