Rafael Hüseynov Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif etdi

MARAQLI 19 noy 2019, 13:36

Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəmiz var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətlərinə görə” nəzərdə tutulduğu qeyd olunur”.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov deyib.

 

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində bu söz “diaspora” kimi işlədilir: “İngilis, rus dilində də bu ifadə belə işlənir. “Diaspor” sözü isə hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir addır. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi hidroksitlərlə işləmir. Komitənin fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır. Düşünürəm ki, bu ifadə həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq “diaspor” deyil, “diaspora” yazılmalıdır”. (Report)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top