Telekanallar bu reklamlara görə cəzalandırılsın!

SOSİAL 19 noy 2019, 12:45

“Bir sıra televiziya kanallarında məsuliyyətsiz reklamların efirləri zəbt etməsi, insan sağlamlığı və mənəviyyatı üçün ölüm saçan məhsulların “bəh-bəhlə” efirlərdən cəmiyyətə ayaq açması ciddi təşviş yaradır. Bu cür məsuliyyətsizliyə görə TV-lərə qarşı sərt cəzaların tətbiqi artıq qaçılmazdır. Çünki bu cür reklam roliklərinin efirlərin əsas gündəminə çevrilməsi, hər şeydən əvvəl gələcək nəslin taleyi üçün olduqca narahatedicidir.”

 

Bu açıqlama ilə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi açıqlama yayıb. 

 

Qurumun rəhbəri Mətləb Salahovun bildirdiyinə görə, artıq efirləri zəbt edən təhlükəli reklam rolikləri TV-lərə gəlir gətirsə də, cəmiyyətin mənəvi dəyərləri və sağlamlığı üçün real təhlükə həddinə çatıb: 

 

“Xüsusi ilə siqaret, spirtli içkilər və enerji içkiləri barədə vəziyyət acınacaqlıdır. Bir sıra araqların xüsusi zövqlə təqdimatı, həttda mənşəyi bilinməyən bir sıra dərman vasitələrinin insan sağlamlığı üçün “əla vasitə” olduğu kimi həyasız reklam sujetlərinin nümayişi, TV-lərə olan nəzarətsizliyin və reklama görə sərt hüquqi cəza mexanizminin olmadığını göstərir.” (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top