Deputat Cem Yılmazın müdafiəsinə qalxdı – “Onun Heydər Əliyevin məzarını ziyarət etməsi...”

GÜNDƏM 19 noy 2019, 11:44

Deputat: “Onda belə çıxır ki, biz Cəlil Məmmədquluzadəyə yarınırıq?”

 

Milli Məclisin deputatı Tahir Rzayev Türkiyənin məşhur komediya ustası Cem Yılmazın Bakıda Heydər Əliyevin məzarını ziyarət etməsinə görə tənqid olunmasına münasibət bildirib.

 

Deputat açıqlamasında deyib ki, tarixi şəxsiyyətlərə hörmət, ehtiram hər bir insanın borcudur.

 

“İstər aktyor, istərsə siyasətçi, istərsə də sadə vətəndaş olsun, fərqi yoxdur. Biz böyüklərimizi, ziyallarımızı həmişə yad etməliyik, onların xatirəsini əziz tutmalıyıq. Türkiyəli hansısa sənətçi Heydər Əliyevin məzarını ziyarət edirsə, bu, ulu öndərə ehtiramı göstərir. Siyasətə qoşulmaq deyil ki... Biz də xarici ölkələrə getdikdə, görkəmli sənət adamlarının, şəxsiyyətlərin muzeylərinə baş çəkirik. Burda nə var ki? Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı oldu, mərasimdə nəticəsi də iştirak etdi. Bu, bizim üçün fəxr idi. Onda belə çıxır ki, biz Cəlil Məmmədquluzadəyə yarınırıq? Əlbəttə ki, yox. Cəlil Məmmədquluzadə böyük demokrat, yazıçıdır, biz onu yad edərək ruhunu şad etməliyik. Bakının Şəhidlər xiyabanını, Fəxri xiyabanını gündəlik xeyli turist ziyarət edir. Bilirsiniz, hər şeyi siyasiləşdirmək olmaz, belə şeylərə siyasi don geyindirmək cılızlıqdır, düşüncəsizlikdir. Əslində fəxr etmək lazımdır ki, xarici ölkə vətəndaşı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edir. Bu, bəşəri duyğulardır” – T.Rzayev qeyd edib. ( Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top