Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

MARAQLI 19 noy 2019, 10:55

Hazırda səhhətim normaldır. 91 yaşa görə necə olmaq lazımdırsa, eləyəm.

 

Demokrat.az-ın məlumatına görə, bunu Oxu.Az-a Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov deyib.  

 

“Artıq 91 yaşındayam. Evdə oturmuşam. Heç bir yerə getmirəm. Danışa və yeriyə bilmirəm. Yəni yeriməkdə çətinlik çəkirəm. Fikirlərimi də cəmləşdirə bilmirəm”, - deyə Əlibaba Məmmədov bildirib.

 

Qeyd edək ki, Əlibaba Məmmədov 1938-ci il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 

 

1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradaraq, rəhbərlik edib.

 

Ə.Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb. Onun ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahlarının səs yazıları AzTV-nin Fondunda saxlanılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top