Vahid Əhmədov seçicilərlə görüşdü — FOTOLAR

SOSİAL 18 noy 2019, 16:00

Millət  vəkili  Vahid  Əhmədov  növbəti  dəfə  Quba  şəhərində  yerləşən  ofisində  seçiciləri  ilə görüşmüşüb. 


Demokrat.az xəbər verir ki, seçicilərin  böyük  aktivliyi  ilə  keçən  görüşdə  millət  vəkili  sakinləri  maraqlandıran  və  Milli Məclisdə  müzakirə  olunan  məsələlər  barəsində  məlumatlandıraraq, onların  çoxsaylı  suallarını  cavablandırıb. 


Deputatın  Milli  Məclisdəki  fəaliyyətindən  məmnunluq  ifadə  edilib, əhalini  narahat  edən  məsələləri  qabardılaraq  həlli  üçün  konkret  təkliflər  verdiyinə  görə  minnətdarlıq  edilib. 


Görüşdən  sonra  köməkçi  tərəfindən  qəbul  üçün  qeydiyyata  alınmış 63  nəfər  Quba  və  qonşu  rayonlardan  gəlmiş  vətəndaşlar  onları  istəyi  nəzərə  alınmaqla  təkbətək  qəbul  ediliblər.


İşədüzəlmə, ev  tikintisi  üçün  torpaqların  verilməsi, sosıal  yardımların  təyini, təhsil  haqlarının  ödənilməsində  yaranan  problemlər, maliyyə  və  tikinti  mateialları  ilə  yardımlar, kəndlərdəki  su, yol  və  işıq  problemləri, Qarabağ  müharibəsı  əlillərinə  diqqətin  artırılması  və  bu  kimi  məsələlər  araşdırma  mövzuları  olub. 


Operativ  həlli  mümkün  olan  məsələlərlə  bağlı yerindəcə  tədbirlər  görülmüş, həlli  vaxt  tələb  edən  məsələlər  nəzarətə  götürülərək, həll varianları  haqqında  qərarlar  qəbul  edilib. 


Qəbuldan  sonra  millət  vəkili  Quba  rayon  ictimaiyyəti  və  Bakıdan  gəlmiş  tanınmış  ziyalıların  iştirakı  ilə  təşkil  olunan  tədbirdə - əslən  Qubalı  olan  dövlət  mükafatı  laureatı, filologiya  elmləri  doktoru, professor  Nizaməddin  Şəmsizadənin  65  illiyinə  həsr  olunmuş  yığıncaqda  iştirak  edib,  öz  təbrikini  və  ürək  sözlərini  söyləyib.


Növbəti  qəbul  yeni  il  qabağı  dekabrın  sonlarında  Quba  şəhərində  yerləşən  ofisində  keçiriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top