“Elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür”

SOSİAL 18 noy 2019, 15:53

Tahir Mirkişili: “Bu avtobuslar ekoloji mühiti qorumaq baxımından da vacibdir”


Avropanın bəzi ölkələrində, eləcə də bəzi MDB ölkəlrində elektriklə işləyən avtobuslara maraq artmaqdadır. Həmin avtobusları müasir dünya üçün cəlbedici edən ən başlıca amil isə onların ekoloji baxımdan da təmiz olması ilə bağlıdır.

 

Bəs yaxın gələcəkdə ən azından ölkəmizin paytaxtında bu qəbildən olan avtobusların fəaliyyəti mümkündürmü? Ekoloji problemlərin hər zaman aktul olduğu Abşeron yarımadasında elektrik avtobuslarından istifadə ekoloji baxımdan da qazanclı sayıla bilərmi?

 

Millət vəkili Tahir Mirkişili bunu tamamilə mümkün hesab etdiyini qeyd etdi:

 

“Bu cür elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür. Bu avtobuslar həm bir yenilikdir, innovasiyadır, həm də ekoloji mühiti qorumaq baxımından vacibdir. Paytaxtımız dünyanın ən gözəl və müasir şəhərlərindəndir. Texnoloji cəhətdən də şəhər infrastrukturunun müasir olması sakinlərin rahatlığının təmin olunması ilə yanaşı turistlərin də diqqətini çəkir”. (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top