Bakı Limanı beynəlxalq nəqliyyat və logistika sərgisində təmsil olunub — FOTOLAR

İQTİSADİYYAT 18 noy 2019, 11:31

Bakı Limanı 13-14 noyabr tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Logistrans - 2019” beynəlxalq nəqliyyat və logistika sərgisində stendlə təmsil olunub.


Demokrat.az xəbər verir ki, 20-dən çox ölkənin iştirak etdiyi sərgidə liman nümayəndələri tərəfindən qonaqlara limanın tranzit potensialının üstünlükləri və Avropa-Asiya ticarət dövriyyəsindəki mühüm mövqeyi barədə məlumat verilib.


Eyni zamanda bildirilib ki, limanda bütün əməliyyatlar avtomatlaşdırılıb, bu da öz növbəsdinə yük sahibinə onlayn rejimdə yükə nəzarət etmək və eyni zamanda ərazidəki yerini təyin etmək üçün üstünlüklər verir. Limanda tətbiq olunan bu üstünlüklər sayəsində yük sahibi yükün daxil olması və çıxması barədə dərhal məlumatlandırılır.


Ümumiyyətlə sərgi zamanı iştirakçılara şirkətlər və nümayəndələrlə məlumat mübadiləsi üçün geniş imkanlar və maraqlı platformalar yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top