Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi

SOSİAL 18 noy 2019, 10:37

“Avtomobillərin jalüzləri və örtükləri ilə bağlı problemlər bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Yaxşı oldu ki, Daxili işlər naziri Vilayət Eyvazov və yol polisinin rəisi Ramiz Zeynalov vətəndaşların durumunu nəzərə alaraq bu istiqamətdə addım atdılar”.

 

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırığını şərh edərkən bildirib.

 

“Ağıllı qərardır və buna görə cərimələrin tətbiq olunmaması doğrudur. Ümumilikdə isə jalüzləri və örtükləri hərəkət təhlükəsizliyi üçün problem yaradan vasitələr kateqoriyasından çıxarmaq lazımdır. İfrata varmadan ümumi standartlarda sürücülərin bu vasitələrdən ilboyu istifadə etməsini məhdudlaşdırmaq olmaz”, - deyə F.Mustafa bildirib. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top