Bakı-Qazax yolunda qəza: 3 nəfər xəsarət aldı

HADİSƏ 17 noy 2019, 20:41

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.


Demokrat.az xəbər verir ki, hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"QAZ-53" və "QAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

 

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.

 

Faktla bağlı araşdırma aparılır. (report)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top