İraq İranla sərhədini bağladı

DÜNYA 17 noy 2019, 19:47

Bağdad İran sərhədindəki Şalamçe keçid məntəqəsini qapadıb.


Bu məlumatı “Skay Nyus Arabia” televiziyası öz mənbələrinə istinadən yayıb. 


Buna səbəb hər iki ölkədə etiraz aksiyaların baş tutması olub.


Televiziya sərhədin bağlanmasını Bağdaddan Tehranın xahiş etdiyini bildirib.


Bununla belə qadağanın yalnız insanlara aid olduğu, yük və malların sərhəddən keçməyə davam edəcəyi bildirilib.


Qeyd edək ki, bundan öncə İran benzin qiymətlərinin qaldırılmasıyla əlaqədar kütləvi etiraz aksiyaları başlayıb. (Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top