Müsavatın iç üzü Avropa gündəmində — Almandilli mətbuat partiyanın “mühacir alveri”dən yazdı

GÜNDƏM 17 noy 2019, 19:09

Müsavat partiyasını ALDE-nin (Avropa üçün Liberallar və Demokratlar İttifaqı-red) yanında da biabır etdilәr.


Demokrat.az xəbər verir ki, Trend-in məlumatına görə, bu haqda Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb. 


O bildirib ki, Qafqazla bağlı xәbәrlәr verәn almandilli media yenidәn mühacir qaçaqçılığı mövzusuna yer verib:


“Bildiyimiz mәlumatlarla yanaşı, hadisәdә hәbs vә ittiham olunan Müsavat üzvlәrinin siyahısını dərc edib. Sonda Müsavat Partiyası haqda mәlumat verib”.


Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.


Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top