İranda etirazlar davam edir – ÖLƏNLƏR VAR (VİDEO)

DÜNYA 16 noy 2019, 23:47

Benzinin bahalaşması ölkəni qarışdırdı.


“BBC”in yaydığı xəbərdə deyilir ki, İranda yanacağın qiymətinin 50 faiz qalxması ilə bağlı kütləvi etirazlar başlayıb. Etirazlar bütövlükdə ölkəni öz ağuşuna alıb.

 

Hökumətin yeritdiyi siyasətə etiraz edənlərdən ən azı iki nəfər öldürülüb.

 

“BBC” qeyd edir ki, İran ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara görə iqtisadi cəhətdən əziyyət çəkir.

 

İranın dövlət xəbər agentliyi “İrna” bildirib ki, etirazçılar yanacaq anbarına hücum edib və oranı yandırmağa cəhd göstəriblər. Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb.

 

Paytaxt Tehranla yanaşı İsfahan, Təbriz, Şiraz, Yəzd, Sari şəhərlərində də etirazlar qeydə alınıb.

 

İnternetdə yayımlanan videolarda aydın görünür ki, paytaxt Tehranda sürücülər İmam Əli şosesində nəqliyyatın hərəkətini dayandırıb və polisi onlara dəstək verməyə səsləyiblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top