Aqşin Yenisey xəstəxanadan evə buraxıldı – YENİLƏNİB

HADİSƏ 17 noy 2019, 00:04

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanadan evə buraxılıb.

 

Bu barədə "Report"a A.Yenisey özü məlumat verib.

 

O bildirib ki, Bakı şəhərində yerləşən xəstəxanalardan birində müayinələrdən keçib: 

 

"Mən əvvəlcə mədəmdə qanaxma olduğundan şübhələnirdim. Amma həkim müayinələrindən sonra mədəmdə qanaxma baş vermədiyi məlum oldu. Ola bilsin ki, bağırsaqlarımda problemlər yaranıb. Həftənin birinci günü təkrar yoxlanışa gedəcəm. Əsas odur ki, qorxulu bir şey yoxdur. Hər şey qaydasındadır. Artıq evdəyəm", deyə A.Yenisey bildirib.

 

***

Məşhur yazar Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.

 

Demokrat.az xəbər verir ki, yazıçı, bu gün mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, A.Yeniseyin bir neçə il öncə səhhətində ciddi problemlər yaranmış, ona qaraciyər serrozu və sarılıq xəstəliyi diaqnozu qoyulmuşdu.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top