“YAP yenidən məsləhət görərsə…” – 74 YAŞLI YAP-ÇI DEPUTAT

SOSİAL 16 noy 2019, 21:26

Seçim xalqındır. Xalq necə seçim edir, o cür də olur, kimi istəyir, etimad göstərir, deputat seçir, kimi də istəmir, seçmir, etimad göstərmir. Bu məsələdə də xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz və bugünədək də belə bir hal olmayıb. Bütün millət vəkilləri xalqın, seçicilərin iradəsi, seçimi ilə seçiliblər və öz üzərlərinə düşən vəzifələri də yerinə yetirməyə çalışıblar, çalışırlar.

 

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) və son üç çağırış Milli Məclisin (MM) üzvü olan 74 yaşlı millət vəkili, professor, Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru Rafiq Məmmədhəsənov son kadr təyinatları ilə bağlı bəzi media orqanlarında və sosial şəbəklərdə 60-70 yaşlardan yuxarı olan deputatların da hədəf seçilməsinə, kəskin etirazlara məruz qalmasına münasibətini bildirərkən deyib.

 

“Yaşlılıq məsələsinə gəlincə qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də  seçilməsin ki?!

 

Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var-18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur”-deyən millət vəkili bildirib ki, bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir.

 

“Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!

 

Keçmiş-qədim dövrlərdə Yunanıstanda parlamentə deputatlar 70 yaşdan yuxarı olan seçilirdilər. Yaşlı insanlara üstünlük verilirdi. Məqsəd də o idi ki, seçilmiş insanlar müdrik insanlar olsunlar, ağıllı qərarlar vermək  gücündə, qabiliyyətində olsunlar.

 

Rafiq_Məmmədhəsənov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top