Bakıda ağır qəza – 4 nəfər yaralandı

HADİSƏ 16 noy 2019, 21:09

Bakıda ağır yol qəzası baş verib.

 

Demokrat.az  xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan iki minik avtomobili toqquşub.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 18:34-də daxil olub. Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarnın küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə KTM-ə aparılıblar.

 

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib. Hospitalizasiyadan imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top