"Burada bir həftə qalsam, Miri Yusif kimi xalq artisti olaram" — Cem Yılmaz

ŞOU-BİZNES 16 noy 2019, 18:39

Türkiyəli məşhur komediya aktyoru Cem Yılmaz bu gün Bakıda mətbuat nümayəndələrinin suallarını cavablandırıb.


Demokrat.az xəbər verir ki, Cem Yılmaz bu sözləri deyib:


"Çox həyəcanlıyam. Bakıya gəldiyim üçün çox xoşbəxt oldum. İlk dəfədir ki, Azərbaycana gəldim. Buraya gələrkən, məni zarafatlatımla qarşıladılar. Hətta pasportuma möhür vurmadılar.


Bakı Konqres Mərkəzi çox gözəldir. Burada İstanbulun ən cəld komediya aktyoru səhnəyə çıxacaq. Bakıya gəlməyimi çox istəyirdim".


Cem Yılmaz Azərbaycan müğənnilərini dinlədiyini də deyib: 


"Azərbaycan musiqisini dinləyirəm. Buranın zarafatını, mədəniyyətini öyrənmək üçün iki gün bəs etməz. Konsertim uğurlu keçsə, bütün dostlarımı Bakıya gətirəcəm. Bakıdan tar alacam və Türkiyəyə getdikdən sonra tar ifa etməyi öyrənəcəm".


Cem Yılmaz biletinin 700 manat olmasından da danışıb: 


"Bilet qiyməti açıqlandıqda Tarkanın gəldiyini zənn ediblər(gülür). Tarkanı vücudumda gətirdim. Burada bir həftə qalsam, Miri Yusif kimi xalq artisti olaram".


Komediya aktyoru Miri Yusifi, Aygün Kazımova və İradə İbrahimovanı tanıdığını deyib.


Cem Yılmaz onu da deyib ki, sabah günorta saatlarında ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək.(Teleqraf.com )

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top