Azərbaycanlı tərcüməçinin sualı dünya mətbuatında: “Beyl kimdir?”

İDMAN 16 noy 2019, 16:13

AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycan - Uels oyunu öncəsi qonaq komandanın mətbuat konfransı zamanı yaşanan biabırçılıq Britaniya mətbuatında da işıqlandırılıb.


Dünyaca məşhur "The Sun" nəşri də sözügedən hadisədən yazıb. 


"Rayan Giqqzə qəribə şəkildə verilən "Qaret Beyl kimdir" sualından sonra Uels Futbol Assosiasiyası mətbuat konfransı üçün yeni tərcüməçi tələb etdi" başlıqlı xəbərdə deyilir: 


"Bu sualdan sonra Giqqzin mətbuat konfransı korlandı. Yerli federasiya tərəfindən təyin olunan təcrübəsiz və az məlumatlı xanım tərcüməçi Beyli tanımadığı üçün tədbirdən kənarlaşdırıldı. Bundan başqa, tərcüməçinin Giqqzin səsləndirdiyi fikirləri yenidən onunla müzakirə etməsi də baş məşqçini məyus etdi".


"Besoccer.com" saytında gedən "Assosiasiya rəsmisi tərcüməçinin "Qaret Beyl kimdir" sualına qəzəbləndi" başlıqlı xəbərdə də mətbuat konfransındakı hadisəyə yer verilib: 


"Giqqzin mətbuat konfransında işlər elə də yaxşı getmədi. Tərcüməçi danışmağa başlayanda hamı təəccübləndi. Giqqz suallara çətinliklə cavab verirdi. Getdikcə hər şey daha da pisləşdi. Tərcüməçi Uelsin dünyaca tanınmış ulduzu haqda soruşdu və onsuz da qəzəbli olan Giqqzin qulağına "Qaret Beyl kimdir" deyə pıçıldadı. Bundan sonra UEFA nümayəndəsi təcüməçini dəyişməli oldu".


Qeyd edək ki, məşhur "Daily Mail" qəzeti də "The Sun"a istinadən bu xəbəri verib.(Sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top