Azərbaycanda vəzifəli xanım faciəvi şəkildə öldü

KRİMİNAL 16 noy 2019, 15:22

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Report-un xəbərinə görə, hadisə noyabrın 15-də yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074” markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbinə Həsənovanı vurub. 


Qadın xəstəxanaya aparılarkən yolda keçinib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, Səbinə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşı olub. O, ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri kimi çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top