Rusiya Azərbaycanlıları İttifaqının "Mübariz" döyüşçü idman klubu qeydiyyata alınıb

GÜNDƏM 16 noy 2019, 13:20

Xəbər verdiyimiz kimi, bir neçə ay bundan öncə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə xalqımızın qəlbində xüsusi yeri olan “Mübariz” adlı döyüşçü idman klubu təsis edilib, onun geyim dəstləri və lazımı inventarı sifariş edilib.


8 noyabr 2019-cu ildən etibarən məhdud məsuliyyətli cəmiyyət olan “Mübariz” döyüşçü idman klubu hüquqi şəxs qismində Rusiya Federasiyasının Vahid Dövlət Reestrinə daxil edilib.


Rusiya Azərbaycanlıları İttifaqı “Mübariz” döyüşçü-idman klubunun təsisçisi kimi bildirir ki, Avropada, MDB hüdudlarında, habelə Rusiya Federasiyası ərazisində bu adda döyüşçü-idman klubu açmaq niyyətində olan fiziki və hüquqi şəxslər Təşkilatımıza müraciət edə bilərlər:


"Məhz Rusiya Azərbaycanlıları İttifaqı rəhbərliyinin qərarı əsasında Avropada, MDB ölkələrində, həmçinin Rusiyada eyni adda klubun açılışına dəstək verilə bilər. Belə ki, RAİ rəhbərliyi gələcəkdə açılacaq klubların 3 ay müddətində icarə haqqını ödəməyə, qarşılıqlı razılıq əsasında idman klubunu lazımi inventarla təmin etməyə hazır olduğunu bildirir", - deyə Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top