“Azəristiliktəchizat” ASC-dən narzı qalan sakinlər Prezidentə və Birinci xanıma müraciət etməyə hazırlaşır — ŞİKAYƏT

SOSİAL 16 noy 2019, 12:55

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binanın bir qrup sakini “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova açıq şikayət məktubu ünvanlayıb.


Demokrat.az-a daxil olan məktubda sakinlər sözügedən binaya istiliyin hələ də verilməməsindən narazılıq edirlər.


Sakinlər deyir ki, Bakıdakı binalarda isitmə mövsümü noyabrın 15-dən aprelin 15-dək olsa da, ancaq “Azəristiliktəchizat” ASC Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binanın istiliyini təmin etmir. 


Sakinlərin sözlərinə görə, hazırda havalar soyuq keçsə də, ancaq sözügedən binada qazanxana hələ də qazla təmin edilməyib. 


Sakinlər bildirir ki, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri 222 saylı istixanadan şəxsi obyekt kimi istifadə edirlər:


“İstədikləri vaxtı binanın istiliyini kəsirlər. Onların fəaliyyətinə nəzarət edən yoxdur. Havaların soyuq keçməsi sakinlərin evlərində əziyyət çəkməsinə səbəb olur. Hazırda Əli Kərim 9 ünvanındakı binanın istiliyi yoxdur”.

 

Related image


Sakinlər problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin “qaynar xətt”inə zəng etikləri zaman kobud cavablar aldıqlarını da deyirlər: 


“Bir neçə sakin olaraq, “Azəristiliktəchizat” ASC-nin özünü ərazi üzrə nümayəndəsi kimi təqdim edən Arif adlı şəxslə əlaqə saxladıq. O, bizə kobud şəkildə bildirdi ki, gedib hara istəyirsinizsə şikayət edin”.


Sakinlər problemin həllini tapmadığı təqdirdə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəklərini deyirlər: 


“Əgər problem həll edilməsə, biz Prezident Administrasiyası qarşına gedərək, hörmətli Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyik. Çünki “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova bir neçə dəfə ünvanladığımız müraciətlərə məhəl qoyan yoxdur".

 

 


Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən telefon zənglərimizə cavab verən olmayıb. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top