Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi

GÜNDƏM 16 noy 2019, 11:13

Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. 

 

Bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, o, vəzifədən öz ərizəsi əsasında gedib.

 

Xatırladaq ki, R.Novruzov, eyni zamanda, Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

 

Qeyd edək ki, sentyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə Vahid Tağıyev Ağsunun icra başçısı təyin olunub.  (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top