Almaniyada icazəsiz yaşayan azərbaycanlılar ölkəyə qaytarıldı – RƏSMİ+VİDEO

GÜNDƏM 15 noy 2019, 20:40

Almaniyada icazəsiz yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası baş tutub.

 

Bu barədə Demokrat.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Məlumatda qeyd edilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14 noyabr 2019-cu ildə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

 

Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

 

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top