Fransada saxlanılan söyüş söyən mühacir: “Məni Azərbaycanda işgəncə və ölüm gözləyir”

GÜNDƏM 15 noy 2019, 17:05

“Fransada da qalmaq iznim var. Ancaq bir neçə gün əvvəl səhər tezdən qaldığım evə gəlib dedilər, Dublin sazişinə əsasən sən gəldiyin ölkəyə qayıtmalısan. Hazırda Almaniyada mühacirlərin saxlanıldığı düşərgədəyəm. Burda görüntülü telefondan istifadayə qadağa olsa da, adi telefonlarla əlaqə saxlamağa icazə verirlər”.

 

Bunu hazırda Almaniyada mühacirlər düşərgəsində (kamp) olan Rəfael Piriyev Meydan TV-yə deyib.

 

R.Piriyev bildirib ki, məhkəmə olsa da, rədd cavabı veriblər: “Çünki tərcüməçi olmadığından türk tərcüməçi gətirdilər, amma mən də türk dilini tam bilmirəm, elə şeylər var ki, onu türkcə anlatmaq qeyri-mümkündür. Saxlanıldığım düşərgə elə bir yerdir ki, ya sənin haqqında qərar qəbul edib saxlayırlar, oturum verirlər, ya da həmişəlik Azərbaycana göndərirlər. Mənim Azərbaycana göndərilmək təhlükəm var, çünki bura deport olunanların kampıdır. Yəni bura elə bir yerdir ki, məhkəmə olur, ölkədə saxlanılmağın haqda qərar qəbul edir, ya da deport edirlər. Əks təqdirdə, məni sərbəst buraxardılar, bura gətirməzdilər. Hazırda heç yerə buraxmırlar ki, özümə vəkil tutam, yaxud əlavə sübutlar verim. Burda tək mən deyiləm, başqaları da var. Məni Azərbaycana qaytarsalar, işgəncə və ölüm gözləyir. Kənarda olan dostlarımdan dəstək gözləyirəm”.

 

Xatırladaq ki, R.Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top